Bakı limanından yayılan videoya - Reaksiya
Heydər Əliyev Beynəlxalq Hava Limanı sosial şəbəkələrdə yayılmış perronda növbə çəkən təcili tibbi yardım maşınlarının olduğu videogörüntülərə aydınlıq gətirib.
Aeroportun mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, ötən gecə İtaliyadan tranzit gələn 26 nəfər sərnişin Ukrayna Beynəlxalq Hava Yollarının Kiyev-Bakı reysi ilə gətirilib.
“Koronavirusun mümkün yayılmasının qarşısının alınması məqsədilə hökumət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində həmin sərnişinlərin karantina yerləşdirilməsi və həkim nəzarətinə verilməsi qərara alınıb. Video-görüntülərdə yayımlanmış çoxsaylı təcili tibbi yardım maşınları bununla izah olunur”, - deyə məlumatda vurğulanıb.
Bakı Aeroportundan eyni zamanda bildirilib ki, 26 sərnişindən 24 nəfəri İtaliyada daimi yaşayan və ya təhsil alan Azərbaycan vətəndaşı, 2 nəfəri isə əcnəbidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət