Slimfit
  1. İQTİSADİYYAT

Bakı Limanında böyük sayda TIR-ın qalmasının səbəbi açıqlandı

Bakı Limanında böyük sayda TIR-ın qalmasının səbəbi açıqlandı
Sakura

Bakı Limanında böyük sayda TIR-ın qalmasının səbəbi açıqlandı

"Hazırda "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-də böyük həcmdə TIR-lərın toplanması müşahidə edilir".

Report”un məlumatına görə, bunu “Caspian European Club”ın dəstəyi ilə keçirilən Beynəlxalq “Transport B2B Forum”u çərçivəsində Bakı Limanının baş direktorunun müşaviri Tural Əliyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, buna səbəb koronavirusun (COVİD-19) yayılması fonunda Türkiyəyə TİR-ın İran ərazisi ilə Türkmənistana keçirilməsinə qoyulan məhdudiyyətlərdir: “Yük axını baxımından bu, çox müsbət haldır. Bakı Limanına keçid prosedurlarını asanlaşdırmaq, çox gözləmədən TIR-ın o biri tərəfə keçməsi üçün bütün lazımi tədbirlər həyata keçirilir".

T.Əliyev hesab edir ki, buna baxmayaraq, koronavirusun yükdaşımalarına mənfi təsiri var: “Bu, onunla bağlıdır ki, limandan keçən müəyyən tranzit yüklərini bəzi ölkələr qəbul etmir: “Ötən ili Liman üzrə konteyner, vaqon, avtomobil və sərnişin daşımalarında 11%-dən 50%-a qədər artım qeydə alınıb. Bu il üçün Liman bütün istiqamətlər üzrə artım gözləyir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR