Slimfit
  1. İQTİSADİYYAT

Bakı Limanı İtaliya limanları ilə əməkdaşlığa başlayır

Bakı Limanı İtaliya limanları ilə əməkdaşlığa başlayır
Sakura

Bakı Limanı İtaliya limanları ilə əməkdaşlığa başlayır

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı İtaliyanın Trieste və Qenuya limanları ilə Anlaşma Memorandumu imzalayıb.

Bu barədə "Report"a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən (Bakı Limanı) bildirilib.

Məlumata görə, imzalanma mərasimi Romada keçirilən Azərbaycan-İtaliya biznes forumu çərçivəsində baş tutub.

İmzalanan sənədlərə əsasən limanlar Çinlə Avropa arasında mövcud olan ticarət dövriyyəsindən birgə bəhrələnəcəklər, innovasiyaların, qabaqcıl texnologiyaların, əməliyyat məsələləri üzrə biliklərin mübadiləsini həyata keçirəcəklər.

İtaliyanın ən böyük limanı sayılan Trieste limanı, Çin, Uzaq Şərq, Sinqapur və Malayziya kimi ölkələr üçün Avropanın giriş qapısı sayılır. Hər ay buradan 400 qatarla Almaniya, Avstriya, Çexiya, Macarıstan və İsveçrəyə yüklər daşınır. Trieste limanının illik yük dövriyyəsi 70 milyon tona yaxındır.

Həmçinin, Qenuya limanı da İtaliyanın ən qədim limanlarından biridir və Avropa ilə Çin arasında ticarət əlaqələrində xüsusi əhəmiyyətə malikdir. Keçən il liman 3 milyon TEU konteyner aşırıb və 5 milyona yaxın sərnişinə xidmət göstərib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR