Slimfit
  1. AZƏRBAYCAN

Bakı küçələrində ilk təmizləyici maşınlar

Bakı küçələrində ilk təmizləyici maşınlar
Sakura

Bakı küçələrində ilk təmizləyici maşınlar

Bu gündən Bakı küçələrində “MAN” markalı müasir maşınlar təmizlik işlərini həyata keçirəcək. 

Oxu.Az xəbər verir ki, ilk mərhələdə gətirilmiş 10 maşın paytaxtın sürətli yollarında işləyəcək. 

Bu fikirləri jurnalistlərə açıqlamasında Bakı şəhər İcra hakimiyyəti yanında Mənzil-kommunal departamentinin sanitariya-gigiyena xidmətinin rəisi Mübariz Hüseynov deyib. 

Onun sözlərinə görə, bu texnika yolların və küçələrin təmizliyini təmin edəcək. Maşınların üstünlüyü ondan ibarətdir ki, heç bir halda sürücünün kabinəsini tərk etməsinə ehtiyac yoxdur. Bütün işlər avtomatik olaraq həyata keçirilir. 

“Gələcəkdə bu tipli maşınların sayının artırılması nəzərdə tutulur. Ancaq bu, o demək deyil ki, küçənin təmizliyi ilə məşğul olan şəxslər işsiz qalacaq. Onlar təmizlik işlərini sürətin az olduğu küçələrdə, eləcə də, Bakı şəhərinin həyətlərində həyata keçirəcək”, - Hüseynov əlavə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR