Slimfit
  1. AZƏRBAYCAN

Bakı Konqres Mərkəzi

Bakı Konqres Mərkəzi
Sakura

Bakı Konqres Mərkəzi — Bakıda Təbriz küçəsində yerləşən müasir beynəlxalq tədbirlər mərkəzi.

Tarixi

Mərkəzin tikintisinə 2014-cü ilin fevralında başlanılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 29 aprel 2015-ci ildə Mərkəzin açılışında iştirak etmiş və Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsmişdir.[1]

Ərazisi

Mərkəz Heydər Əliyev Mərkəzinin yaxınlığında yerləşir.

Mərkəzin ümumi sahəsi 6,2 hektar, tikintialtı sahəsi isə 46,6 min kvadratmetrdir. Ətrafda geniş abadlıq-quruculuq işləri aparılmış, yaşıllıq zolaqları salınmışdır.[1]

Bina bütün zəruri infrastrukturla təmin olunub.

Maddi-texniki bazası

Binanın foyesində 405 kvadratmetrlik monitor quraşdırılıb. Bu, dünyada qapalı məkanda quraşdırılan ən böyük və ən çox pikselli monitordur. Ümumilikdə isə binada müxtəlif ölçülü 50-dən artıq monitor quraşdırılıb.

Mərkəzdə 17 konfrans zalı yaradılıb. Onların ümumi tutumu 2500 nəfərdən çoxdur. Konfrans zallarında yaradılan şərait onların tutumunu tədbirə qatılan qonaqların sayına uyğun olaraq dəyişdirməyə imkan verir. Məsələn, konfrans zallarının tamaşaçı tutumunu təşkilatçının istəyinə uyğun olaraq 50 nəfərdən 250 nəfərədək dəyişmək mümkündür.

Bina bütün zəruri kommunikasiya, o cümlədən havalandırma sistemləri ilə təchiz olunmuşdur. Burada restoran, inzibati və digər otaqlar da var. Mərkəzdə canlı yayım aparmaq üçün də müasir şərait yaradılmışdır. Burada qonaqlara eskalatorlar və 16 lift xidmət göstərir.

Bakı Konqres Mərkəzinin 3500 yerlik auditoriya zalı da ən müasir səviyyədə yaradılmışdır. Burada müasir texnologiyanın ən son yeniliklərinin tətbiq olunduğu avadanlıq quraşdırılmışdır. Zalın akustika sistemi dünyanın aparıcı şirkətlərinin məhsuludur. Buranın işıqlandırılmasında müasir texnologiyadan istifadə edilmişdir.

Beynəlxalq tədbirlər

Mərkəzin istifadəyə verilməsi Azərbaycan Respublikasının beynəlxalq tədbirləri daha da yüksək səviyyədə keçirməsi üçün geniş imkanlar yaratmışdır.

Mərkəzdə ilk beynəlxalq tədbir 2015-ci ilin mayın 2-dən 5-dək Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı olmuşdur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR