Dərc edildi: Baxış sayı: 581
Bakı ilə Kiyev arasında birbaşa uçuş həyata keçiriləcək
Ukraynanın “SkyUp Airlines” aviaşirkəti iyunun 13-də Bakı ilə Kiyev arasında birbaşa aviareys həyata keçirəcək.
“Report” Ukraynanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, uçuş Bakı vaxtı ilə 21:20-də baş tutacaq.
Bildirilib ki, uçuş əsasən Azərbaycanda qalmış Ukrayna vətəndaşlarına istiqamətlənib.
Qeyd edək ki, Azərbaycanın hava limanları iyulun 1-nə qədər bağlı qalacaq. Ölkədə karantin rejimi tətbiq edildikdən bəri isə yalnız xüsusi çarter reyslərinə icazə verilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət