Dərc edildi: Baxış sayı: 850
30 dekabr 2018-ci il tarixindən bu günə qədər Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı ilə 6918 sərnişin…
30 dekabr 2018-ci il tarixindən bu günə qədər Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı ilə 6918 sərnişin daşınıb.
Bu barədə Azvision.az -a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib. Onun sözlərinə görə, sərnişinlərdən 6665 nəfər standart vaqonlarda səyahət edib.

Qurum rəsmisi qeyd edib ki, sərnişinlərdən 205 nəfəri biznes vaqon, 48 nəfər isə "first-class" (Birinci klass) vaqonlarda səyahət etmək üçün bilet alıb.
Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti 30 dekabr 2018-ci il tarixindən etibarən Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarının hərəkətinə start verib. Fəaliyyətə başladığı gündən günaşırı xidmət göstərən qatarlar fevralın 4-dən etibarən hər gün reysə çıxır. Sərnişinlərin rəyi nəzərə alınaraq fevral ayının əvvəlində standart vaqonlarda qiymət 15 manatdan 10 manata endirilib. Biznes vaqonlarda biletin qiyməti 50 manat, Birinci klass vaqonlarda isə 100 manatdır.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət