Bakı "Formula 1" hazırlıqlarına start verdi
“Formula 1” üzrə 2019-cu il Azərbaycan Qran-prisi üçün tribunaların quraşdırılmasına start verilib.
Publika.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti informasiya yayıb.
Xəbərə görə, ilk olaraq “Abşeron” və “Xəzər” tribunalarının quraşdırılmasına başlanılıb. BŞH-da ümumilikdə 9 tribuna var. Bunlar “Abşeron”, “Azneft, “Muşam”, “Sahil”, “İçərişəhər”, “Qız Qalası”, “Bulvar”, “Xəzər” və “Filarmoniya” tribunalarıdır. Həmçinin, ayaqüstü zonalar üçün də bilet satışı həyata keçirilir.
Qeyd edək ki, “Formula 1” üzrə 2019-ci il Dünya Çempionatı martın 17-də Avstraliyadakı “Albert Park” trasında başlayacaq. Mövsümə dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Abu-Dabi Qran-prisi ilə yekun vurulacaq. Azərbaycan Qran-prisi isə 26-28 apreldə olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət