Slimfit
  1. İQTİSADİYYAT

Bakı Fond Birjası listinq tariflərini ləğv edib

Bakı Fond Birjası listinq tariflərini ləğv edib
Sakura

Bakı Fond Birjası listinq tariflərini ləğv edib

Bakı Fond Birjası bu il aprelin 1-dən, gələn il yanvarın 1-nə qədər listinqə daxil olan korporativ istiqrazlar üzrə listinq tariflərini ləğv edib.

Report” bu barədə quruma istinadən xəbər verir.

Bundan başqa, qiymətli kağızların kütləvi təklif üsulu ilə yerləşdirilməsi zamanı tələb olunan sənədlər dairəsi gələn il yanvarın 1-nə kimi minimallaşdırılaraq, emitentlərdən yalnız notarial qaydada təsdiq edilmiş qiymətli kağızların dövlət reyestrindən çıxarışı və emissiya prospekti tələb edilməsi ləğv edilib.

Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarında baş verən kəskin dalğalanmaların kapital bazarı iştirakçılarına mәnfi tәsirini azaltmaq məqsədi ilə Azərbaycan Respublikası Mərkəzi Bankının təklif etdiyi dəstəkləyici tədbirlərə dəstək vermək üçün Bakı Fond Birjası tərəfindən bu qərarlar qəbul olunub.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR