Bakı finalına gələcək hər iki klub İngiltərə təmsilçisi oldu
Futbol üzrə Avropa Liqasında finalçılar müəyyənləşib.
Femida.az xəbər verir ki, ötən gecə keçirilən yarımfınal mərhələsinin cavab oyunlarından sonra finalçıların hər ikisi İngiltərə klubları olub. Mayın 29-da Bakıda keçiriləcək həlledici qarşılaşmada "Arsenal" və "Çelsi" rəqib olub. "Zadəganlar" yarımfinalda Almaniya "Ayntraxt"ı ilə həm səfər, həm də ev matçını 1:1 hesablı heç-heçə ilə başa vurub. Əlavə vaxtda da nəticə dəyişmədiyi üçün qalib penaltilər seriyası ilə müəyyənləşib.
Penaltilər seriyasında daha dəqiq oynayan "Çelsi" finala adlayıb.
"Arsenal" isə "Valensiya"nı üstələyib. Londondakı ilk görüşdə 3:1 hesablı qələbə qazanan Unay Emerinin yetirmələri səfərdə də 2 top fərqi ilə qalib gəlib - 4:2.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda təşkil olunacaq "Arsenal" - "Çelsi" finalı 29 may saat 23:00-da başlanacaq.
Avropa Liqası
Yarımfinal, cavab oyunları
9 may
“Çelsi” (İngiltərə) – “Ayntraxt” (Almaniya) - 1:1 (ƏLAVƏ VAXT - 0:0, penaltilərlə - 4:3)
İlk oyun - 1:1
“Valensiya” (İspaniya) – “Arsenal” (İngiltərə) - 2:4
İlk oyun - 1:3
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət