Slimfit
  1. SİYASƏT

Bakı Dövlət Universiteti ilə DİN Polis Akademiyası arasında əməkdaşlığa dair Protokol imzalanıb

Bakı Dövlət Universiteti ilə DİN Polis Akademiyası arasında əməkdaşlığa dair Protokol imzalanıb
Sakura

Bakı Dövlət Universiteti ilə DİN Polis Akademiyası arasında əməkdaşlığa dair Protokol imzalanıb

 Dekabrın 25-də Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin rəhbərliyi ilə universitetin hüquq və beynəlxalq əlaqələr fakültəsinin bir qrup əməkdaşı Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında olub.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə qonaqlar və Akademiyanın rəhbərliyi ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Akademiyanın tədris korpusları, kursant yataqxanaları ilə tanışlıqdan sonra qonaqlar Ulu Öndərin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin öyrənilməsi və təbliği üçün bütün imkanların yaradıldığı Heydər Əliyev Mərkəzində olub, bu təhsil ocağının fəaliyyətini əks etdirən sənədli filmə baxıblar.

Bakı Dövlət Universitetinin rəhbərliyini DİN-in Polis Akademiyasında görməkdən məmnunluğunu diqqətə çatdıran polis general-mayoru Nazim Əliyev bildirib ki, Akademiya ölkə və DİN rəhbərliyinin ali diqqət və qayğısı sayəsində böyük inkişaf yolu keçib. Burada daxili işlər orqanları üçün ali hüquq təhsilli kadrlar hazırlanır, maddi-texniki baza ən müasir tələblərə cavab verir, MDB və dünyanın bir çox ölkələrinin analoji təhsil müəsssisələri ilə əlaqələr inkişaf etdirilir, təhsil, təcrübə mübadiləsinə ciddi diqqət yetirilir. N.Əliyev bünövrəsi qoyulan bu əməkdaşlığın kadr hazırlığının səviyyəsinin artırılmasında gələcək uğurlara təkan verəcəyinə əminliyini ifadə edib.

Rektor Elçin Babayev əsası 1919-cu ildə qoyulan Bakı Dövlət Universitetinin yaranmasının 100-cü ildönümündə ölkə rəhbərliyinin iştirakını tarixi hadisə adlandıraraq qeyd edib ki, Azərbaycanı dünyanın ən aparıcı və mütərəqqi ölkələri sırasına çıxarmaq üçün həyata keçirilən siyasətin prioritet istiqamətlərindən biri təhsilin inkişafıdır. Bu istiqamətdə ölkə rəhbərliyi tərəfindən mühüm işlər görülür. Əldə etdiyimiz uğurları davamlı etdirmək, hədəflərə çatmaq üçün sabitliyin əsas şərtlərdən biri olduğunu diqqətə çatdıran E.Babayev Polis Akademiyasında təhsil alanların üzərinə böyük məsuliyyət düşdüyünü, dünyada söz və nüfuz sahibinə çevrilən ölkəmizə həm daxildə, həm də xaricdən qara yaxmağa çalışanların, onun imicinə xələl gətirmək istəyənlərin qarşısına savadlı, peşəkar polis əməkdaşı, eləcə də Azərbaycan vətəndaşı kimi çıxmaq üçün onların daha hazırlıqlı olmalarının vacibliyini vurğulayıb.

Görüşdə əlaqələrin daha da intensivləşdirilməsi, təhsil sahəsində təcrübə mübadiləsi, elmi, tədris və metodiki nəşrlərin reallaşdırılması, elmi monoqrafiyaların və məqalələrin nəşri, tədris fənlərinin proqramlarının, iş planlarının hazırlanması və digər sahələrdə əməkdaşlığa dair Protokol imzalanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR