Slimfit
  1. CƏMİYYƏT

Bakı daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək

Bakı daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
Sakura

Bakı daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Xəzəryanı ölkələrin ətraf mühit nazirlərinin videogörüşü keçirilib.

Ens.az Oxu.Az-a istinadla xəbər verir ki, görüşdə BMT Ətraf Mühit Proqramının Avropa üzrə Regional ofisinin direktoru Bruno Potsi, “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının” Müvəqqəti Katibliyinin regional koordinatoru Mahir Əliyev iştirak edib.

 

Tədbirin keçirilməsində məqsəd Xəzər dənizinin ətraf mühitinin qorunması istiqamətində ölkələr tərəfindən görülmüş işlərin müzakirəsi və pandemiya dövründə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsinin aparılması olub.

Tədbirdə Xəzər dənizinin çirklənmədən qorunması, su bioloji resursların azalmasının qarşısının alınması, dənizdə birgə elmi tədqiqatların aparılması və digər məsələlər müzakirə edilib. Həmin sahələrdə birgə səylərin və əməkdaşlığın vacibliyi vurğulanıb. Həmçinin, Konvensiyanın növbəti Tərəflər Konfransının Bakıda keçirilməsi razılaşdırılıb.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR