Bakı bulvarındakı attraksionlar təhlükəsizdirmi?
Attraksionlardan söz düşmüşkən, Azərbaycanda ən çox əyləncə qurğularının olduğu məkan Bakı bulvarıdır.
Bakı Bulvarında bu cür bədbəxt hadisələrin baş verməməsi üçün hansı tədbirlər görülür? Attraksionların yoxlanılması hansı şəkildə həyata keçirilir?
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Bakı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Günay Yelmarqızı milli parkda yerləşən attraksionların hər gün səhət texniki baxışdan keçirildiyini bildirib:
“Texniki baxımdan yoxlanılır ki, hər hansı bir hadisə baş verməsin. Yoxlama bittikdən sonra isə əhalinin istifadəsinə təqdim edilir. Hər hansı ehtimala görə bu tədbirlər həyata keçirilir.
Ümumiyyətlə, ildə bir dəfə bütün attraksionlar geniş formada texniki baxışdan keçirilir. Ən son bu mövsüm ərəfəsində yoxlama olub. Bu, Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri ilə birgə həyata keçirilir. Baxış təhlükəsizlik standartları əsasında olur. Onun hazır olması ilə bağlı rəsmi sənəd verilir. Ondan sonra istifadəsinə icazə verilir”.
Günay Yelmarqızı üç ildən bir attraksionların hərtərəfli, ümumi və ətraflı şəkildə nəzarətdən keçirildiyini vurğulayıb.
Qurum rəsmisi əlavə edib ki, bu günə kimi attraksionlarla bağlı hər hansı problem qeydə alınmayıb:
“Bu məsələ ciddi olduğu üçün həmişə diqqət mərkəzindədir. Çünki burada insan faktoru var. Ona görə də texniki qurğular həmişə gündəlik nəzarətdədir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət