Slimfit
  1. AZƏRBAYCAN

Bakı bu ölkədə almaz yataqlarına yatırım edəcək?

Bakı bu ölkədə almaz yataqlarına yatırım edəcək?
Sakura

Azərbaycan BMT və Qoşulmama Hərəkatı çərçivəsində Zimbabve ilə əməkdaşlıq edir

Azərbaycan BMT və Qoşulmama Hərəkatı çərçivəsində Zimbabve ilə əməkdaşlıq edir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, bu ölkə diktator Muqabedən sonra dünyaya açılır:

“Yeni prezidentin ölkəmizə səfəri əsasən iqtisadi əməkdaşlıq üçün nəzərdə tutulub. Zimbabve prezidenti Azərbaycandan Qazaxıstana və Rusiyaya yola düşəcək, oradan isə Davos Forumuna qatılacaq. Zimbabve rəsmiləri qeyd edirlər ki, Azərbaycan regionda aparıcı və zəngin enerji ehtiyatalarına malik ölkə olduğundan, Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar. Onlar ölkəmizin Zimbabveyə investisiya yatırmasını istəyirlər. Əsasən almaz və digər qiymətli metalların hasilatında Azərbaycanla əməkdaşlıq niyyətindədirlər”.

Politoloq qeyd edib ki, Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığı ölkəmizin beynəlxalq siyasi arenada mövqeyini gücləndirəcək:

“BMT-də keçirilən səsvermədə məhz Zimbabve Azərbaycana bütün məsələlərdə səs verib, dəstəkləyib. Afrika ölkələri BMT-də və digər beynəlxalq təşkilatlarda həlledici səsə malikdirlər. Ona görə də coğrafi cəhətdən uzaq və inkişaf etməmiş bir ölkə olmasına baxmayaraq, Zimbabve dünayada tanınır və yeni siyasəti ilə tərəfdaşlar qazanmağa çalışır”.

Politoloq vurğulayıb ki, Qoşulmama Hərəkatının üzvü kimi Azərbaycanla bu istiqmətdə də danışıqlar aparılacaq:

“Beynəlxalq təşkilatlarda birgə əməkdaşlıq və bir-birini dəstəkləmək məsələləri müzakirə olunub, razılığa gəlinəcək. Azərbaycanın Latın Amerikası və Afrikanın zəif inkişaf etmiş ölkələri ilə əlaqə qurması beynəlxalq siyasətdə əlavə dəstək qazanmasına gətirə bilər. Bir ölkə BMT-də bir səs deməkdir. Biz Zimababve və bu kateqoriyadan olan ölkələrlə əməkdaşlığı genişləndirib, Xocalı faciəsi və ərazi bütövlüyümüzlə bağlı dəstəyi artıra bilərik. Həmçinin bu ölkələr bir müddətdən sonra fəal silah alıcıları olacaq. Azərbaycan silah ixracını genişləndirməklə, gələcəkdə bu ölkələrlə silah ticarətində yeni bazarlar əldə edəcək. Bu, gələcəyə hesablanmış siyasi yatırımdır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR