Slimfit
  1. DÜNYA

Bakı bəyanatı İrəvanı həyəcanlandırdı

Bakı bəyanatı İrəvanı həyəcanlandırdı
Sakura

Bakı bəyanatı İrəvanı həyəcanlandırdı

Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) 28 oktyabr bəyanatı faktiki olaraq bu ölkənin öz işğalçı siyasətinin mahiyyətini ifşa etməsidir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib. O, Ermənistan XİN-in 25-26 oktyabr Bakıda keçirilmiş Qoşulmama Hərəkatının (QH) yekun sənədi ilə bağlı bəyanatının dünya dövlətlərinə qarşı hörmətsizlik olduğunu bildirib:

“Latın Amerikası, Yaxın Şərq, Afrika, Asiya və s. ölkələrinin Bakıda sammitə qatılması, 60 dövlət və hökumət başçısının, eləcə də çoxsaylı ölkə nümayəndələrinin Azərbaycana gəlməsi əlbəttə ki, Ermənistanı qıcıqlandırır, onları narazı salır. Çünki qətnamədə açıq şəkildə Azərbaycanın ərazi bütövüyü tanınır. Ermənistan QH-nın yekun sənədinə qarşı bəyanatla çıxış etməklə faktiki olaraq dünya birliyinə qarşı çıxır və özünü avtomatik olaraq təcrid vəziyyətinə salır. Ona görə də düşünürəm ki, QH buna diplomatik müstəvidə reaksiya verməlidir”.

F.Sadıqov Ermənistanın bu qəzəbinin Azərbaycanın diplomatik uğuru olduğunu söyləyib:

“Bu, Azərbaycanın xarici siyasət sahəsində atdığı addımların uğurudur, Ermənistana və onların maraqlarına vurulan diplomatik zərbədir”.

Politoloq həmçinin bildirib ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik edəcəyi üç il ərzində Ermənistana qarşı təcrid siyasətini genişləndirəcək:

“Şübhə etmirəm ki, qarşıdakı üç il ərzində Azərbaycan əlindən gələni edəcək ki, Ermənistan təcrid vəziyyətdə qalsın, ona qarşı yeni qətnamələr qəbul olunsun. Azərbaycan eyni zamanda ərazi bütövlüyümüzün tam mənada tanınması, xarici siyasətdə müəyyən prioritetlərin qabarıq şəkildə həyata keçirilməsi və təbii ki, üzv ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylər göstərəcək. Azərbaycanın hərəkata sədrliyi dövründə bu inkişaf bir sıra məsələlərlə yanaşı, Ermənistanı təcrid vəziyyətə salmaq, bu dövlətə qarşı diplomatik hücumlar etmək və siyasi addımlar atmaqla müşahidə ediləcək. Çünki Azərbaycan bu yolu seçib və bu yoldan dönməyəcək”.

Qeyd edək ki, 25-26 oktyabr 2019-cu il tarixində Bakıda keçirilmiş Qoşulmama Hərəkatının 18-ci Dövlət və hökumət başçılarının zirvə görüşünün yekun sənədi ilə bağlı oktyabrın 28-də Ermənistan XİN bəyanat yayaraq, hərəkatın üzv dövlətlərini məsuliyyətsizlikdə və hörmətsiz davranış göstərməkdə ittiham edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR