Bakı AŞ Konvensiyasına qoşuldu, ancaq şərtlə...
“Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu Milli Məclisin 22 oktyabr tarixli plenar iclasında qəbul olundu. Beləliklə, Konvensiya Azərbaycan tərəfindən ratifikasiya olundu.
Konvensiya uşaqların cinsi istismarının, xüsusilə də uşaq pornoqrafiyasının və fahişəliyinin, habelə uşaqlara qarşı cinsi zorakılığın bütün formalarının, o cümlədən xaricdə törədilən hətəkətlərin uşaqların sağlamlığına və psixi-sosial inkişafına zərərli olduğunu ehtiva edən beynəlxalq sənəddir. Konvensiya 13 fəsil, 50 maddədən ibarətdir.
“Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyası Avropa Şurasının Dövlət və Hökumət rəhbərlərinin 2005-ci il 17 mayda 3-cü Zirvə Toplantısında qəbul edilmişdir və 2007-ci il oktyabrın 25-də Lansarotedə imzalanmışdır. Konvensiya BMT-nin “Uşaq hüquq hüquqları haqqında” Konvensiyasına, “İnsan hüquq və azadlıqların müdafiəsi haqqında” Konvesiyaya və digər Beynəlxalq hüquq normalarına istinad olunaraq hazırlanmışdır. Onu da qeyd edim ki, Milli Məclis Lansarote Konvensiyasını Azərbaycan Respublikasının müvafiq bəyanatı ilə birgə təsdiq etdi. Həmin bəyanat 3 maddədən ibarətdir. Belə ki, Azərbaycan bəyan edir ki, Konvensiyanın müddəaları Ermənistan Respublikasına münasibətdə Azərbaycan Respublikası tərəfindən tətbiq edilməyəcəkdir, Ermənistan tərəfindən işğal olunmuş ərazilərində Konvensiyasının müddəalarının həyata keçirilməsinə həmin ərazilər işğaldan azad olunanadək və işğalın tam aradan qaldırılanadək təminat vermir. Və nəhayət Azərbaycan bu bəyanatın 1-ci və 2-ci bəndinin müddəalarını istənilən zaman dəyişdirmək və ya ləğv etmək hüququnu özündə saxlayır.
Qeyd edim ki, ölkəmiz qoşulduğu bütün beynəlxalq hüquq və öhtəlikləri ləyaqətlə yerinə yetirir. Ancaq beynəlxalq konvensiyalara qoşulduqda, üzərimizə öhdəliklər götürdükdə daima ölkə Prezidenti cənab İlham Əliyev dövlət və milli maraqlarımızı qoruyur və bu bütün sənədlərdə öz əksini tapır. Elə bu konvensiyaya qoşulmaq barədə bəyanatımız da buna bir daha əyani sübutdur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət