Boltonun səfər zamanı Azərbaycan və Gürcüstanın ABŞ üçün prioritet olduğu, onlardan sonra Ermənistanın…
Boltonun səfər zamanı Azərbaycan və Gürcüstanın ABŞ üçün prioritet olduğu, onlardan sonra Ermənistanın gəldiyi sübut olundu.
Axar.az xəbər verir ki, bunu “Lragir.am”a açıqlamasında erməni politoloq Suren Sərkisyan deyib.
“ABŞ-ın regionda öz maraqları var. Ermənistan burada heç bir prioritet rol oynamır. ABŞ-ın Qafqazdakı maraqlarını arasında əsas prioritet Gürcüstan və Azərbaycana məxsusdur. Bolton Gürcüstan və Azərbaycanı ABŞ-ın strateji maraqlarının olduğu ölkələr, Ermənistanı isə yalnız prioritet adlandırır. Məncə, biz artıq müəyyən məsələlər barədə düşünməliyik”, – deyə o bildirib.
O, Tramp administrasiyasının 907-ci düzəlişi ləğv etməsinin çətin olacağını deyib:
“Trampla Konqresin münasibətlərini və erməni lobbisinin Konqresə təsirini nəzərə alsaq, 907-ci düzəlişə dəyişiklik çətin olacaq. Əgər bu düzəliş dəyişdirilməsə, o zaman ABŞ nə Azərbaycan, nə də Ermənistana silah sata biləcək. Onu deməliyəm ki, ABŞ silahının əsas alıcısı Ermənistan yox, məhz Azərbaycan ola bilər. Ona görə ki, söhbət bahalı silahdan gedir. Ermənistan maliyyə imkanları baxımından Azərbaycana uduzur. Məncə, Azərbaycana silah satışı prosedura çətin olacaq. Bir neçə ay əvvəl onlar ABŞ-dan vertolyot alıblar və dünyanı bunun mülki xarakterli olduğuna inandıra biliblər, amma onları hər bir vaxt çox sürətlə hərbiləşdirmək mümkündür. Buna görə də erməni lobbisi müəyyən şeylər barədə artıq düşünməlidir.
Bəzi fikirlər var ki, silah satışı təklifi açıq səmada ildırım idi. Ona görə ki, ABŞ hələ də konflikt tərəflərinə silah satışından imtina edir. Məncə, bu, Azərbaycan lobbisinin fəaliyyətinin nəticəsidir. Ona görə ki, Bakı uzun illər ABŞ-ı ona silah satmağa inandırmağa çalışıb. Azərbaycan bu işdə Tramp administrasiyasını inandıra bilib. Yüksək vəzifəli amerikalı məmurun 907-ci düzəlişin ləğvindən danışması bizim üçün fiasko idi”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət