Slimfit
  1. CƏMİYYƏT

"Bakcell" yeni "099" prefiksini istifadəyə verib

"Bakcell" yeni "099" prefiksini istifadəyə verib
Sakura

"Bakcell" yeni "099" prefiksini istifadəyə verib

Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkəti yeni “099” (və ya beynəlxalq yığım qaydası +99499 olan) mobil prefiksini kommersiya istifadəsinə verib. Nömrələrin satışı bu gündən etibarən həyata keçiriləcək.

Şirkətdən  Modern.az-a verilən məlumata görə, yeni “099” prefiksi sayəsində istifadəçilər geniş çeşidli yeni nömrələrdən seçim imkanı əldə edəcəklər. İlkin mərhələdə “Bakcell” abunəçilərinə “099”la başlayan və uşaqların doğum günü və ya həyatlarının hər hansı əhəmiyyətli günü ilə bağlı olan xüsusi kombinasiyalı mobil nömrələr əldə etmək imkanı veriləcək. Həyatlarının vacib və yaddaqalan hadisəsini mobil nömrə vasitəsi ilə ifadə etmək və yaxud sadəcə gözəl bir kombinasiyalı nömrə əldə etmək imkanı müştərilərin əldə etdiyi nömrələrə əlavə dəyər qatacaq. Bütün bunlar isə Azərbaycanın ən üstün mobil şəbəkəsi (“Ookla” şirkəti tərəfindən keçirilmiş sınaqlara əsasən) və rahat müştəri xidmətlərindən istifadə etmək imkanı yaradır. 

“Yeni “099” prefiksi vasitəsilə biz istifadəçilərə çox xüsusi və fərdi nömrələr əldə etmək üçün daha geniş imkanlar təklif edəcəyik və bu nömrələri ölkənin ən üstün mobil şəbəkəsində (Ookla şirkəti tərəfindən keçirilmiş sınaqlara əsasən) istifadə etmək onlara əlavə üstünlüklər qazandıracaq. Müştərilərimizə ən yüksək keyfiyyətli müştəri təcrübəsi ilə təmin etməyə yönəlmiş fəaliyyətimizi davam edəcəyik”, - deyə “Bakcell”in baş icraçı direktoru Rainer Ratgeber bildirib.

Yeni “099” prefiksi ilə başlayan fərdi mobil nömrəni əldə etmək üçün “Bakcell”in istənilən diler mağazasına getmək və ya nomre.bakcell.com internet səhifəsindən istifadə etmək olar. 

Qeyd edək ki, “099”la başlayan nömrələr aylıq abunə haqqı ilə təklif olunan aşağıdakı tariflərdən biri ilə aktivləşdirilir: “CIN5”, “DaimOnline6”, “DaimOnline10”, “Klass L”, “Klass XL”, “Klass XXL”, “Klass 3XL”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR