Dərc edildi: Baxış sayı: 6258
Bahar Şirvani - Derdim o məst gözlərinin çox bəlası var
Derdim o mәst gözlәrinin çox bәlası var,
Gördüm o qara zülfü onun da xәtası var.
Hәrgiz behiştә meyl elәmәz, huri istәmәz,
Hәr aşiqin ki, sәn kimi bir dilrübası var.
Derlәr bahadır ağzına can, bilmәzәm neçün
Bu yox olan şeyin bu qәdәr çox bahası var?
Müjganın ilә çeşmini gәr sorsalar nәdir,
Bimar piri gör ki, әlindә әsası var.
Bir naz ilә xuramә gәl, ey sәrv, ta görәk
Hüsn içrә hansı sәrvqәdin iddiası var.
Yox eybi gәrçi hicrin ilә ölmәgin, vәli
Çeşmin görәndә ölmәgin özgә sәfası var.
Fәxr eylә kim, qulamınam, ey xublәr şәhi,
Hansı şәhin Bahar kimi bir gәdası var?
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət