Bahalaşan və ucuzlaşan ərzaq məhsulları - SİYAHI
Cari ilin iyununda istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,9% təşkil edib. Qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,6% təşkil edib.
Ens.az Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, ötən ay ayrı-ayrı qida məhsullarından maya nisbətən daha çox azalma qarabaşaq yarmasının, təzə balığın, pasterizə olunmamış üzlü südün, günəbaxan və qarğıdalı yağlarının, bananın, gilasın, alçanın, əriyin, pomidorun, xiyarın, şirin bibərin, badımcanın, göy lobyanın, süfrə çuğundurunun, yerkökünün, sarımsağın, baş soğanın, kartofun, artım isə əsasən unun, makaronun, mal və qoyun ətinin, yumurtanın, zeytun yağının, limonun, almanın, çiyələyin, kivinin, ağ kələmin, göyərtinin qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət