Bağırsaqları ziyanlı maddələrdən təmizləmək üçün 3 effektli üsul
1. Buğda kəpəyi
Buğda kəpəyi çox təsirli təbii vasitədir.
Buğda kəpəyi qidalı liflərlə zəngindir. Bu liflər həzm olunmur, bağırsaqlarda şişir və bağırsaqlara təzyiq edərək burada yığılmış ziyanlı maddələri çölə çıxardır.
Axşamdan 1 stəkan suda 1 x.q buğda kəpəyi isladın, səhər qarışdırn və acqarına için. Yarım saatdan sonra səhər yeməyi yeyə bilərsiniz. Bunu 1-2 həftə ərzində edin. Bu vasitə həm bağırsaqları təmizləyir, həm də arıqlamağa kömək edir.
2. Tərəvəzlər
Həftədə 1 dəfə gün ərzində yalnız müxtəlif tərəvəz salatları ilə qidalanın. Belə salatlar bağırsaqların fəaliyyətini yaxşılaşdırır, stimullaşdırır, qəbizliklə mübarizə aparır.
Salatlar üçün kələm (ağ kələm, gül kələmi, brussel kələmi), ağ turp, kök, çuğundur (hamısı çiy vəziyyətdə), müxtəlif göyərtilər, az miqdarda soğan, sarımsaq istifadə oluna bilər.
Salatlara az miqdarda bitki yağı (zeytun, qarğıdalı, günəbaxan) əlavə etmək olar. Belə salatları gün ərzində 4-5 dəfə yemək lazımdır (çörəksiz). Gün ərzində həmçinin 2 l təmiz su içmək lazımdır.
3. Aclıq
Bu ən təsirli vasitələrdən biridir. Həftədə 1 dəfə 24 saat ərzində ac qalmaq lazımdır. Gün ərzində yalnız 2 l təmiz su içmək olar. 24 saat keçdikdən sonra tərəvəz salatı yeyin və daha sonra adi qaydada qidalanın. Təbii ki, qidalanma yüngül və sağlam olmalıdır.
Əgər sizdə hər hansı mədə-bağırsaq sistemi xəstəliyi varsa, bu üsullardan istifadə etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət