Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Bağırsaqları toksinlərdən təmizləyən detoks içki

Bağırsaqları toksinlərdən təmizləyən detoks içki
Sakura

Bağırsaqları toksinlərdən təmizləyən detoks içki

Bağırsaqlar insan bədəninin çox vacib orqanıdır. O, sadəcə ərzaq tullantıları xaric etmir, həm də zəmanət verir ki, bütün zərərli elementlər və kimyəvi maddələr orqanizmdən çıxsın. Bundan başqa, bağırsaqlar orqanizmi sağlam qidalı maddələr və vitaminlərlə təmin edir.

Əgər həzm yolu lazımınca fəaliyyət göstərmirsə, bu, insan orqanizminə bir çox zərərli təsirlər yarada bilər. Zərərli elementlər orqanizmdən çıxarılmayacaq və beləliklə, bağırsaqlarda toplanacaq. Nəticədə yorğunluq və baş ağrıları kimi problemlər, dəri və daha ciddi xəstəliklərin inkişafına kömək edəcək.

Bağırsaqların yaxşı işləməməsinin əlamətləri bunlardır: Qarın köpü, qaz, mədə pozğunluğu, qəbizlik, iştahanın artması və azalması, həmçinin daimi aclıq hissi.

Publika.az bu yazıda oxucuları bağırsaqları təmizləyən və səmərəliliyi bir çox onilliklər ərzində sübut olunan çox sadə reseptlə tanış edib.

Detoks - həzm problemləri doğuran müəyyən məhsulların istifadə edilməsinin qadağan olunmasıdır.

Məsələn, əgər dəniz məhsulları sizdə həzm problemləri doğurursa, bir həftə ərzində onları menyudan çıxarın. Bir həftə ərzində heç bir problem yaranmasa, bir neçə gün dəniz məhsulları istifadə edə bilərsiniz. Bu üsulla hər cür qidanı etmək olar.

Bağırsaqları təmizləməyin digər bir təsirli yolu güclü detoks içkiləridir.

Bağırsaqları təmizləyən detoks içkisi

100 ml limon suyu, 50 ml zəncəfil suyu hazırlayın, onları qarışdırın və 100 ml təmiz su əlavə edin. Suyu buz qəliblərinə əlavə edib dondurucuya qoyun.

150 ml təmiz suyu əvvəlcədən qaynadın, sonra bir çimdik dəniz və ya Himalay duzu əlavə edib qarışdırın. Sonda bir az təzə alma şirəsi, 1-2 ədəd limon və zəncəfil suyunun dondurulmuş buz qəliblərini duzlu suya əlavə edin. Qarışdırın və buz kublarının əriməsini gözləyin.

İçkini səhər acqarına və yüngül nahardan əvvəl için. 14-15 gün içində davam etmək məsləhət görülür. Müalicə kursunu ildə 3-4 dəfə təkrarlayın.

Bağırsaqların yaxşı işləməsi üçün hər gün bol su için. Tərəvəz və meyvə yeməyi unutmayın.

Aytən

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR