Slimfit
  1. DÜNYA

Bağdadda İran generalına cənazə törəni keçirilib

Bağdadda İran generalına cənazə törəni keçirilib
Sakura

Bağdadda İran generalına cənazə törəni keçirilib

Bağdadda Süleymani və Mühəndis üçün cənazə törəni keçirilib.

İraqın paytaxtı Bağdadda İran İnqilab Keşikçilərinin (SEPAH) Qüds qolunun komandanı Qasım Süleymani və “Haşdi-Şabi” qruplaşmasının liderlərindən olan Əbu Mehdi əl-Mühəndis üçün cənazə törəni baş tutub.

Modern.az Anadolu Ajansına istinadən xəbər verir ki, Bağdadın mərkəzindəki Cadiyyə meydanıda baş tutan vida mərasiminə İraqın baş naziri Adil Abdulmehdi, hökumət üzvləri, Şiə Milis təşkilatı, Haşdi-Şabinin komandirləri və yüzlərcə mülki şəxs qatılıb. Vida mərasimində “Amerikaya yox”, “İsrailə yox” “Ən böyük şeytan Amerika” sloqanları səsləndirilib.

Bağdaddakı cənazə törənindən sonra hər iki şəxsin nəşi İraqın Kərbala və Nəcəf şəhərlərinə aparılacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR