Dərc edildi: Baxış sayı: 892
Bağçalı: “Ermənistan həm terrorçu dövlət, həm də kukladır”
Türkiyədə MHP lideri Dövlət Bağçalı partiyasının qrup toplantısında Xocalıda törədilən vəhşilikləri xatırladaraq Ermənistanın terrorçu dövlət olduğunu vurğulayıb.
“Haber Global” məlumat verir ki, Bağçalı Ermənistanı həm də kukla adlandırıb:
“Ermənistan terrorçu dövlət, eyni zamanda kukladır. Ermənistan ordusunun istefa çağırışı gözlənilən taleyin təzahürüdür”.
Ermənistandakı etirazlardan da bəhs edən MHP lideri deyib ki, söhbət Ermənistandan getsə belə, demokratiyanın hakim olmasını istəyirik.
Mənbə: Oxu.Az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət