Slimfit
  1. CƏMİYYƏT

Bağ evləri neçəyədir, necə dincəlmək olar? – Açıqlama

Bağ evləri neçəyədir, necə dincəlmək olar? – Açıqlama
Sakura

Bağ evləri neçəyədir, necə dincəlmək olar? – Açıqlama

Yay mövsümündə insanlar müxtəlif yerlərdə istirahətə yollanırlar. Bölgələrə və xarici ölkəyə üz tutan yerli və xarici vətəndaşlarla yanaşı Xəzər sahilindəki bağ evlərində də istirahət edənlər az deyil. Bəs görəsən, hansı ərazidəki bağ evləri daha münasibdir?

Məsələylə bağlı Axar.az-a danışan “MBA Group” konsaltinq şirkətinin baş direktoru, ekspert Nüsrət İbrahimov bildirib ki, Xəzərə daha yaxın olan bağ evləri Şüvəlan, Mərdəkan, Buzovna, Bilgəh və Novxanı ərazisindədir:

“Bu il hava şəraitinin küləkli keçməsinə və qiymət artımına baxmayaraq, bağ evlərinə tələbat çoxalıb və əsas tələbat Mərdəkan və Bilgəhdəki bağ evlərinədir. Buzovna, Şüvəlandakı bağ evlərinə də üz tutanlar az deyil. Bu bağ evlərinin aylıq kirayə qiyməti isə müxtəlifdir. Evin şəraitindən, həyətdəki infrastrukturundan, böyüklüyündən, dənizə yaxınlığından asılı olaraq, kirayə haqqı 500 manatdan 5 min manata qədər dəyişir. Bu qiymətlərə əsasən demək olar ki, ötən illə müqayisədə bağ evlərinin kirayə haqqında 5-8 faiz artım müşahidə olunur”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR