Slimfit
  1. CƏMİYYƏT

Badamdar sürüşmə zonasından xəbər var

Badamdar sürüşmə zonasından xəbər var
Sakura

Badamdar sürüşmə zonasından xəbər var

 

Oktyabr ayında Badamdar qəsəbəsində sürüşmə zonası kimi tanınan ərazidə su və kanalizasiya sistemərinin yenidən qurulmasına başlanılacaq. 

Bu barədə Oxu.Az-a “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib. 

O bildirib ki, Badamdar qəsəbəsi, üçüncü massiv ərazisində həm su, həm də şəbəkələrinin tikintisi ilə bağlı layihələndirmə işlər yekunlaşıb: 

“Ərazidə layihələndirmə işləri, demək olar ki, başa çatıb. Oktyabr ayında Badamdar qəsəbəsinin sürüşmə zonası ərazisində su və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılacaq. Layihəyə əsasən, ərazidə 23 km-ə yaxın kanalizasiya, 12 km-ə qədər isə su xətlərinin çəkilişi nəzərdə tutulub.

Kanalizasiya xətlərinin tikintisində 200-800 mm diametrli, su xətlərində isə diametri 63-225 mm-lik borulardan istifadə olunacaq. İşlərin yekununda ərazidə yerləşən evlərin hər birinə birləşmə veriləcək və sayğaclar quraşdırılacaq. Düşünürük ki, oktyabr ayında başlanacaq layihə 2020-ci ildə tam yekunlaşacaq”.

Könül Cəfərli 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR