Slimfit
  1. ARXİTEKTURA

Babilin asma bağları

Babilin asma bağları
Sakura

Semiramidanın asma bağları

Semiramidanın (Babilin) asma bağları — qədimdə "dünyanın yeddi möcüzəsi"ndən biri sayılırdı. Semiramidanın asma bağları qədim Şərqin ən böyük və zəngin şəhəri olan Babildə idi. Əfsanəyə görə, bu bağlar Assuriya məlikəsi Semiramidanın əmri ilə yaradılmışdı. Əslində isə bu bağların yaradılmasını e.ə. VII əsrdə padşah Navuxodonosor əmr etmişdi. Qaynaqlarda göstərilir ki, bu hökmdar çox müstəbid olub. Məlumdur ki, müstəbidlər hamıya qarşı olmasa da, ayrı-ayrı adamlara qarşı nəcib hərəkətlər ediblər. O, Midiya şahının qızı Semiramida ilə evlənir. Onu Babilə gətirir. Həddən artıq sevir. Lakin Semiramida toz-torpaqlı Babildə təmiz havaya, yarpaq xışıltısına həsrət qalır. Bunu hökmdar da hiss edir. Ancaq o, öz paytaxtını Midiyanın yaşıl təpələrinə köçürmür. Heç kimin görə bilmədiyi işi görür. Midiyanın zümrüd meşələrinin ətrini qədim vadinin mərkəzinə gətirir.

Məlikənin - Semiramidanın şərəfinə salınan bu bağların gerçəkləşməsi üçün şahlığın bütün qüvvələri hərəkətə gətirilir. Dövrün təcrübəli inşaatçıları, mühəndisləri bu işə cəlb olunur. Hökmdar dünyada ilk dəfə olaraq möhtəşəm məhəbbət abidəsi yaradır. Salınan Bağlar "Semiramida bağları" adı ilə məşhurlaşır və tarixin yaddaşında daşlaşır. Lakin yaddaşlarda, hafizələrdə qalan və dillərdə dolaşan bir fikir də var ki, məlikə öz adını daşıyan bu qəsrdə heç vaxt yaşamayıb.

Babilistan inşaatçılarının saldığı bu bağlar dörd yarusdan ibarət olub. Yarusların tağları iyirmi beş metr hündürlüyündə sütunlara söykənib. Meydançalara yastı daşlar, qır qarışıqlı, qurğuşun təbəqəli bir qat qamış döşədilib. Bu belə edilib ki, su aşağı yarusa keçməsin. Bütün bunlardan sonra torpaq qatı gəlib. Torpaq qatı çox qalın olub. O qədər qalın olub ki, orada iri ağaclar bitə bilib. Yaruslar pillə-pillə qalxır, əlvan daşlardan hörülmüş əydəmli pilləkənlər bir-biri ilə birləşir.

Nəhayət, tikinti başa çatır. Kərpic kürələrinin tüstüsü kəsməmiş, saysız-hesabsız araba karvanları hərəkətə gətirilir. Fərat çayının axarından münbit torpaq daşımağa başlayır. Şimaldan nadir bitki və kol toxumu, ağac tingləri gətirilir.

Beləliklə, hökmdar Novuxodnosor öz məhəbbətini sübuta yetirir. Babilin yüz metr hündürlüyündə olan divarları üzərində yaşıl ağaclar qalxır. Məlikə yuxarı yaruslarda, kölgədə oturub su şırıltısına qulaq asıb, dörd tərəfə nəzər yetirib, məmləkətin ucsuz-bucaqsız səhralarını seyr edib.

İran-Əhəməni qəsbkarları bu şəhəri ələ keçirərək öz əyalətlərindən birinin mərkəzi edirlər. İllər, əsrlər bir-birini əvəz etdikcə asma bağlar zamanın faciəli hadisələrinə davam gətirə bilmir. Baxmayaraq ki, o, möhtəşəm, lakin gildən düzəldilmiş zəif nəhəngi xatırladıb. Məhz buna görə də bu bağlar Babilin özü ilə birlikdə məhv olub.

Babilin qürub çağı e.ə. 331-ci ilə təsadüf edir. Bu vaxt Babilin qonşuluğunda ikinci bir imperiya baş qaldırıb. Bu, Makedoniyalı İsgəndərin imperiyası idi. Həmin dövrdə Babilin sakinləri makedoniyalıların yanına elçi göndərib. Bildiriblər ki, İsgəndər Babilə gəlmək istəsə, davasız-savaşsız şəhərə daxil ola bilər.

İsgəndər Babilə gəlir. Bir xilaskar kimi də qarşılanır. Bu şəhər-dövlət özünün tənəzzül dövrünü yaşasa da, əzəməti və sərvəti ilə İsgəndəri heyrətləndirir. O, bu səbəbdən də Babildə ləngiməli olub. Heç on il keçmir ki, taleyin üzü dönür. Səkkiz ilin kəşməkəşlərindən yorulub əzab çəksə də, arzularını həyata keçirmək məqsədilə Babilistana qayıdır.

Hökmdarın vəziyyəti tamam pisləşəndə yadına "Babilin asma bağları" düşür. İsgəndər ölməzliyə gedən yolun sonuncu dayanacağında əmr edir ki, onu asma bağlara aparsınlar. Elə də edirlər. Onu məlikənin qəsrinə gətirirlər. İsgəndərin halı yaxşılaşır. İlıq günəş şəfəqinə, çay şırıltısına, ot-ələf və meşə ətrinə bürünmüş Makedoniyanın nəfəsini hiss edir, təəccüblənir.

İsgəndər ölən kimi imperiyası sərkərdələri tərəfindən talan olunur. Babil isə bir daha böyük bir ölkənin paytaxtı ola bilmir. Zəifləyir,və tədricən sönür.Və nəhayət Babil dövləti süqut edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR