Dərc edildi: Baxış sayı: 2998
Babasilə qarşı 4 sadə ev vasitəsi
Babasil ən yayılmış pozulmalardan biridir. Babasil zamanı əsas müalicə ilə yanaşı bəzi ev vasitələrindən də istifadə etməklə bu xəstəliklə bağlı olan ağrılar və xoşagəlməz hissləri azalda bilərsiniz.
Saglamolun.az sizə effektivliyi tibb tərəfindən təsdiq olunmuş belə ev vasitələrini təqdim edir.
1. Aloe vera bitkisi
Söhbət məhz bitkinin özündən gedir. Güclü iltihabəleyhinə xüsusiyyətlərə malik olan aloe babasil düyünlərinin iltihabını azaldır. Bitkinin qalın yarpağını kəsib üst qatını soyun və düyünlərin üzərinə qoyun.
2. İngilis duzu
Mütəxəssislər aşkar ediblər ki, ingilis duzu ilə oturaq vannaları bağırsaqda iltihabı, qıcıqlanmanı və xoşagəlməz hissləri azaldır.
3. Soyuq kompreslər
Babasi düyünləri üzərinə soyuq su ilə kompreslərin qoyulması ödem və ağrıları azaldır.
4. Qliserin
İltihablaşmış babasil düyünlərinə qliserinin çəkilməsi göynəmə və qaşınmanı azaldır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət