Slimfit
  1. DÜNYA

Babacan və Davudoğludan Ərdoğana qarşı şok plan

Babacan və Davudoğludan Ərdoğana qarşı şok plan
Sakura
:0

Babacan və Davudoğludan Ərdoğana qarşı şok plan

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) keçmiş üzvlərinin 2020-ci ildə iki siyasi hərəkat yaratması ölkə üçün tarixi bir məqam olacaq. Bu, AKP siyasətindən kənarda qalan kürdlərin siyasi meydandakı yerini gücləndirəcək.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Yaxın Şərq Siyasi İnstitutunun (WINEP) Civan Söz deyib.

Ekspert keçmiş nazirlər Əli Babacan və Əhməd Davudoğlunun yeni partiya quruculuğundan danışıb:

“Deməliyəm ki, bu ilin əvvəlində AKP-də baş verən istefa dalğası fonunda Davudoğlu və Babacanın bu siyasi təşkilatdan getməsi Ərdoğanın partiyasında ciddi qüsurların olduğunu üzə çıxardı. Hər iki siyasətçi AKP-nin hegemonluğuna son qoymaq və keçmiş partiyalarının seçicilərini öz tərəflərinə çəkmək üçün öz partiyasını qurmağa çalışır”.

Təhlilçinin fikrincə, Türkiyənin Suriyanın şimalındakı kürd qüvvələrinə qarşı hücumundan sonra AKP ölkədəki kürd elektoratının dəstəyindən tamam məhrum olacaq. Civan Söz yeni siyasi partiyaların Ərdoğanın partiyası üçün yeni bir təhlükə yaratdığını qeyd edib və AKP-nin son seçkilərdə 10% səs itirməsinə diqqət çəkib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR