Slimfit
  1. AZƏRBAYCAN

Baba Nemətullah Naxçıvani “Qurani-Kərim”i təsəvvüf üslubunda şərh edən ilk alim kimi tarixə düşüb

Baba Nemətullah Naxçıvani “Qurani-Kərim”i təsəvvüf üslubunda şərh edən ilk alim kimi tarixə düşüb
Sakura

Baba Nemətullah Naxçıvani “Qurani-Kərim”i təsəvvüf üslubunda şərh edən ilk alim kimi tarixə düşüb

Böyük mütəfəkkir Baba Nemətullah Naxçıvani “Qurani-Kərim”i təsəvvüf üslubunda şərh edən ilk alim kimi tarixə düşüb. O, təsəvvüf və təfsir sahəsində əsərlər qələmə alıb.

AMEA Naxçıvan Bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu sözləri AMEA Naxçıvan Bölməsində “Baba Nemətullah Naxçıvani və orta əsrlər İslam mədəniyyəti” mövzusunda keçirilən elmi konfransda bölmənin sədri, akademik İsmayıl Hacıyev deyib.

Sufi şeyxlərindən olan Baba Nemətullah Naxçıvaninin həyat və yaradıcılığından danışan İsmayıl Hacıyev bildirib ki, Naxçıvani həyatının çox hissəsini Naxçıvanda, sonralar isə Təbrizdə və Türkiyənin Konya vilayətinin Ağşəhər qəsəbəsində yaşayıb. Konya valiliyinin təşəbbüsü ilə Ağşəhərdəki məktəbə alimin adı verilib.

Vurğulanıb ki, Nemətullah Naxçıvaninin heç bir ədəbiyyatdan istifadə etməyərək yazdığı “Quran” təfsir kitabı (“Əl-Fəvatihül İlahiyyə vəl Məfatihül Qeybiyyə”) üç cilddən ibarətdir. İlk cilddə 13, ikinci cilddə 20, üçüncü cilddə isə 81 surənin təfsiri və şərhi yer alıb. Əsərin orijinalı İstanbulda Topqapı Sarayı III Əhməd Xan Kitabxanasında mühafizə olunur.

Məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun tapşırığı ilə sözügedən əsərin üç cildi cari ildə filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova tərəfindən tərcümə edilib və üzərində son redaktə işləri aparılır.

Tədbirdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin, həmin institutun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun, Əlyazmalar fondunun Əlyazmaların kataloqlaşdırılması, tədqiqi və nəşri şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Səbuhi İbrahimovun, Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılovanın mövzu ilə bağlı məruzələri dinlənilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR