Dərc edildi: Baxış sayı: 6310
Baba bəy Şakir - Yetmədi
Şamu səhər qan süzüldü didəmdən,
Razi-dilim pərizada yetmədi.
Gah yalvardım, gah doşəndim payinə,
Kar güşinə nalə, səda yetmədi.
Tora saldı canan könül quşumu,
Aldadıban sərdən aldı huşumu.
Qatdı fələk qovğalarla başımı,
Rəhmə gəlib yar imdada yetmədi.
O gözləri şəhla, qaməti bəstə,
Anlamaz, nə cəkir Şakir şikəstə,
Didari şövqündən düşübdü xəstə,
Ömür kecib, bir murada yetmədi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət