Slimfit
  1. ƏDƏBİYYAT

Baba bəy Şakir - Dönüb

Baba bəy Şakir - Dönüb
Sakura

Baba bəy Şakir - Dönüb

Quberniya bina olandan bəri,
Oğrunun hər biri bir xanə dönüb;
Yox yetişən ərzə, divan eyləyən,
Dağılıb vilayət, viranə dönüb.
 
Murovlar buyurur oğurlayın at,
Nacalnikdən eyləməyin ehtiyat,
Olmaz urusluqda eyləmək isbat,
Onuncun tulkulər aslanə dönüb.
 
Dəxi bizdə qalmayıbdır day, dana,
Gedirik sərdarə yetişdik cana,
Olubdu oğrular sahibi-xana
O ki ev sahibi, mehmanə dönüb.
 
Var idi on atım, iyırmi malım,
Qərəz, bir tovr ilə kecirdi halım,
Yığıb bir hal ilə apardı zalım,
Qapımız sovrulmuş xırmanə dönüb.
 
Bu əsrdə olan sahib-ixtiyar,
Tamam oğurluqda olubdur pərgar,
Yatmayıb subhədək dartar nə ki var,
Qarabağın malı bostanə dönüb.
 
Qalmışıq məəttəl sultanlı, xanlı,
Əgər belə kecsə, qalmaz bir canlı,
Kurun o tayında olurdu qanlı,
Şimdi bu dağılmış Şirvanə dönüb.
 
Deyirlər bu saat Qanlı İsmayil
Bir milyon dovlətə olmayır qayil,
Kəsib Əriklini misli-Əzrayu,
Bac alır hər gələn karvanə dönüb.
 
Rəsuldan şərm yox, Allahdan da bim,
Allah rizasına danışmaz hec kim,
Qarabağ duzəlməz, mənim əzizim,
Cunki oz əhlimiz şeytanə dönüb.
 
Əmiraslan idi əvvəl talancı,
Gecə-gunduz qırqə gəzən dilənci,
Uzun nəfəs, mutəqəllib, yalancı,
Şimdi aləm Əmiraslanə dönüb.
 
O ki Şahnazoğlu hamıdan başdı,
At Rəhmin oğlu ilə yoldaşdı.
Kələntərli Goyuş, şirvanlı Daşdı,
Ağamməd qardaşı Qurbanə dönüb.
 
Bu dord-beş dananın əlində zarıq,
Apardı hər nə var quttauttəriq,
Zulm ifrat, mənzil irağ, at arıq,
Qaradağlı bizə Tehranə dönüb.
 
Murovlar oğrunu buyurur gundə,
Girin pusqusuna, gozləyin gendə,
Gorun sala bilirsizmi kəməndə,
Hec deməz, it oğlu ceyranə dönüb.
 
Bu nə qubernator, bu necə sərdar?!
Dağılıb vilayət, oldu tarımar;
Cəldlənibdir ruşivətə murovlar,
Xəlqin işi ahu əfqanə dönüb.
 
Bundan əqdəm ellər gedərdi dağa,
Məhəbbət eylərdi duşən qonağa,
Şimdi gedə bilməz evdən irağa,
Kişiyə dovləti zindanə dönüb.
 
O ki Əfətlinin ozgədir karı,
Tamam olarındır olkənin varı,
Razıyıq verələr bizə bir xarı,
Bir ədna gədəsi sultanə dönüb.
 
Qarabağın həramisi, yalanı,
Ustə duşsən danışmazlar yalanı,
Şimdi derlər təqəllubdə
Kolanı Cəmilliyə, Kurdustanə dönüb.
 
Rzaqulu oğlu Şirvanlı Səfi,
Nəsibin, əlbəttə, veribdir dəfi,
Dağıdır əqmişə, alır əşrəfi,
Hər biri bir tulək tərlanə dönüb.
 
İmirlilər-Subhanverdi uşağı
Bir gecə evində yoxdu yatmağı,
Kəm olmaz evində oğru qonağı,
Hamsı İsmayıla, Zamanə dönüb.
 
Qızılhacılılar gəzər eşşəkli,
Altı kohlən atlı, yanı yedəkli,
Sarbanlı, Şatırlı, həm Rəcəbbəgli,
Gəncəli Sadığa, Qurbanə dönüb.
 
Səsindən guşumuz batıb atlının,
Kimdir yetə fəryadına kəndlinin,
Kulluhum Qarabağ, Bayəhmədlinin
Əlində bendeyi-fərmartə dönüb.
 
Piriməli, Həsənli, Nayibalılar,
Qovzanlı mulkundə olan nə ki var,
Gəlir hər tərəfdən misali-bazar,
Mal alan, mal satan meydanə dönüb.
 
Şərm, həya qalmayıbdır bizlərdə,
Oğurluq, xudkeşlik olub bipərdə,
Onuncun duşmuşuz hərə bir dərdə,
Tapılmayır corək, dərmanə dönüb.
 
Deyil burda olan işlərdən agah,
Belə məlum, ədalətli padişah,
Xalqın fəryadına yetişsin Allah.
Bu dovran bir ozgə dovranə dönüb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR