Slimfit
  1. DÜNYA

B12 vitamininin koronavirusun çoxalmasının qarşısını ala bildiyi müəyyən edilib

B12 vitamininin koronavirusun çoxalmasının qarşısını ala bildiyi müəyyən edilib
Sakura

B12 vitamininin koronavirusun çoxalmasının qarşısını ala bildiyi müəyyən edilib

Hindistanın Regional Biotexnologiya Mərkəzinin və Manipal Ali Təhsil Akademiyasının alimləri B12 vitamininin koronavirusun çoxalmasının qarşısını ala bildiyini müəyyən ediblər.

Ens.Az AZƏRTAC-a istinadən bildirir ki, müvafiq tədqiqatın nəticələri "IUBMB Life" jurnalında dərc edilib.

Mütəxəssislər təbii məhsullar və dərmanlar arasında hansı molekulların SARS-Cov-2 virusunun tərkibində olan və infeksiyanın yayılmasına cavabdehlik daşıyan nsp12 geninin qarşısını almağa qadir olduğunu müəyyən etmək üçün kompüter modelləşməsi aparıblar.

Tədqiqat nəticəsində məlum olub ki, B12 vitamininin xüsusi buraxılış forması - metilkobalamin virus hüceyrələrinin çoxalmasını dəf edə bilir.

"Bu preparat tibb işçiləri, yaşlılar və yanaşı xəstəlikləri olan insanlardan ibarət qrupların infeksiyaya yoluxma riskini azaltmaq və təcili tibbi yardım göstərmək üçün profilaktik vasitə qismində istifadə oluna bilər", - deyə bəyanatda bildirilir.

Buna baxmayaraq, alimlər COVID-19 xəstəliyinə tutulan pasiyentlərin müalicə protokoluna dəyişiklik etmək üçün bir sıra əlavə tədqiqatlar aparılmalı olduğunu qeyd edirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR