Azyaşlı şagirdi zorakılığa məruz qalan 6 saylı məktəbin rəhbərliyinə CƏZA
“6 saylı məktəbdə II sinif şagirdinin zorakılığa məruz qalması ilə bağlı səsləndirilən iddialar çərçivəsində aparılan araşdırmalardan sonra məktəb rəhbərliyinə xəbərdarlıq edilib”.
Ens.az-ın məlumatına əsasən,bunu APA-ya açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva deyib.
O bildirib ki, məktəbdə nəzarətin təşkili məsələsinə məsul olan pedaqoji heyətin bir hissəsi barədə isə intizam tənbeh tədbiri görülüb.
Həmçinin, M.Vəliyeva bildirib ki, 6 nömrəli məktəbdə II sinif şagirdinin bir neçə VII sinif şagirdi tərəfindən istismara məruz qaldığı iddia edilən hadisə ilə bağlı pedaqoji şuranın iclası keçirilib.
O qeyd edib ki, VII sinif şagirdlərindən birinin başqa məktəbə keçirilməsi ilə bağlı qərar qəbul edilib:
“Digər uşaqlarla bağlı da addımlar atılacaq. Həmçinin, II sinif şagirdinin valideyninə də bu istiqamətdə təklif edilib”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət