AzTV “İlin ən yaxşı televiziyası” seçildi
Milli mətbuatın yaradılmasının 144-cü ildönümü ilə bağlı Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) Sorğu mərkəzi oxucular arasında növbəti ənənəvi sorğusunu reallaşdırıb.
ASGA sədri Səbuhi Abbasovun Publika.az-a verdiyi məlumata görə "İLİN ƏN YAXŞI AGENTLİYİ”, "İLİN ƏN YAXŞI TELEVİZİYASI” və "İLİN ƏN YAXŞI QƏZETİ” sorğusunda bütövlükdə 1000-ə yaxın insan iştirak edib.
22 iyul Milli Mətbuat Günü münasibətilə keçirilən sorğuda iştirakçılar peşəkar media ənənələrinin qorunması, operativlik və s. prinsiplərinin qorunması kimi meyarlardan çıxış edərək qalibləri müəyyənləşdiriblər. Məlumat üçün qeyd edək ki, sorğunun informasiya dəstəkçiləri 7NEWS.az və İCMAL.az saytlarıdır. "İLİN ƏN YAXŞI TELEVİZİYASI” nominasiya üzrə qalib «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyəti olub. Son bir neçə aydaAzTV-nin ("Azərbaycan Televiziya və Radio Verilişləri" QSC) fəaliyyətində ciddi dəyişikliklər, islahatlar hiss olunur. Xüsusilə yeni studiyaların təqdimatı, mövzuların əhatəliliyinin daha da genişləndirilməsi, verilişlərin rəngarəngliyi, formaca müasir, məzmunca milliliyi və eyni zamanda ciddi kadr islahatları ilk diqqətə çarpan məqamlardır.Ümumilikdə islahatlar tək kadrlar üzrə yox, yaradıcılıq və texniki qaydalar üzrə də davam etdirilir.
Beləliklə sorğunun nəticələri üzrə sıralama aşağıdakı kimidir:
1-ci yer AzTV
2-ci yer İctimai TV
3-cü yer ARB
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət