Slimfit
  1. MƏDƏNİYYƏT

AzTV-də teletamaşa ənənəsinin bərpası ilə bağlı işlərə start verildi

AzTV-də teletamaşa ənənəsinin bərpası ilə bağlı işlərə start verildi
Sakura

AzTV-də teletamaşa ənənəsinin bərpası ilə bağlı işlərə start verildi

Azərbaycan Dövlət Televiziyasında tamaşaçıların zövqünü oxşayan, nostalji duyğular aşılayan film-tamaşalar ənənəsi uzun fasilədən sonra bərpa olunur.

Trend-in məlumatına görə, Azərbaycantelefilm Yaradıcılıq Birliyinin yeni direktoru, xalq artisti, rejissor Ramiz Həsənoğlu bu vəzifəyə təyin edildikdən sonra sözügedən istiqamətdə işlərə start verilib.

Artıq filmlərin siyahısı da dəqiqləşib. Bu qəbildən “Yeni il” adlanan ilk teletamaşanın yazıçı Elçinin "Gül dedi bülbülə" hekayəsinin motivləri əsasında çəkiləcəyi planlaşdırılır və artıq müəlliflə danışıqlara başlanılıb.

Ekran əsərləri arasında böyük Azərbaycan şairi, dahi mütəfəkkir İmaddədin Nəsiminin 650 illik yubileyinə ithaf olunan sənədli televiziya filmi də var. "Son gecə" adlanacaq film Rəsul Rzanın Nəsimiyə həsr olunmuş poemasının motivləri əsasında ölməz şairin edamından əvvəlki son gecə haqqındadır.

 

İl ərzində Azərbaycantelefilm Yaradıcılıq Birliyi tərəfindən yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin 150 lliyinə həsr olunan "Mirzə Cəlil", Cəfər Cabbarlının keşməkeşli həyatından bəhs edən 10-15 seriyalı, Anarın ssenarisi əsasında "Azad bir quş idim", həmçinin Şah İsmayıl, Sultan Səlim Yavuz, Uzun Həsən və digər nüfuzlu tarixi şəxsiyyətlərin həyatına həsr olunan "Fatehlərin divanı" kimi çoxseriyalı filmlər də ekranlaşdırılacaq.

YUNESKO tərəfindən Ümumdünya Mədəni İrs siyahısına daxil edilmiş xalqımıza məxsus qeyri-maddi mədəniyyət abidələrinə həsr olunan sənədli televiziya filmləri də tamaşaçıların ixtiyarına veriləcək.

Azərbaycantelefilm Yaradıcılıq Birliyinin 2019-cu il üçün tematik planında görkəmli incəsənət və elm xadimləri, həmçinin yazıçı-şairlərin həyat və yaradıcılığından bəhs edən bədii sənədli televiziya filmlərinin çəkilməsi də nəzərdə tutulur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR