AzTV-də Mətbuat xidməti ləğv edildi - Əvəzində yeni şöbə yaradıldı
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (AzTV) aparılan kadr islahatları davam edir.
Daha bir dəyişikliklə Xatirə Qasım AzTV-nin mətbuat katibi vəzifəsindən azad edilib.
X.Qasım dəyişikliyi Modern.az-a təsdiqləyərək, yeni vəzifəyə keçirildiyini bildirib:
“Televiziya və Radio Akademiyasında İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri təyin olunmuşam”.
X.Qasım qeyd edib ki, onun daha əvvəl vəzifə tutduğu strukturda da dəyişiklik edilib:
“AzTV-də Mətbuat xidməti ləğv edilib, əvəzində Sosial media və İctimaiyyətlə əlaqələr şöbəsi yaradılıb”.
AzTV-dən Modern.az-a verilən məlumata görə, hələlik Sosial media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsinə yeni təyinat olmayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət