Aztəminatlı əhali qruplarına müəyyən bank xidmətləri pulsuz təklif ediləcək
Nağdsız ödəniş xidmətlərindən istifadə edən əhalinin sayı azlıq təşkil edir. Aztəminatlı əhali təbəqəsinin maliyyə xidmətlərinə çıxışının təmin edilməsi məqsədilə bir sıra ölkədə “baza bank hesabı” adlanan xidmət növü uğurla tətbiq olunur. Bu cür mexanizmlər Azərbaycanda da tətbiq oluna bilər.
“Marja” xəbər verir ki, bu, 2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı-nda deyilir.
Aşağı gəlirli əhali qrupları üçün pulsuz “Baza bank xidmətləri paketi”nin tətbiqinin təşviq edilməsi Banklar aztəminatlı əhali qruplarına müəyyən bank xidmətlərini pulsuz təklif etməyə təşviq olunacaqlar:
“Pulsuz xidmət göstərilə biləcək aztəminatlı əhali qruplarının meyarları, habelə pulsuz verilə biləcək bank xidmətlərinin növləri və sayı Azərbaycan Banklar Assosiasiyası ilə bankların birgə təklifləri əsasında müəyyən ediləcəkdir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət