Slimfit
  1. CƏMİYYƏT

Aztəminatlı ailələrlə bağlı təklif

Aztəminatlı ailələrlə bağlı təklif
Sakura

Aztəminatlı ailələrlə bağlı təklif

Bu gün Azərbaycanda üç övladı olan ailələr çoxuşaqlı ailə hesab edilməli və dövlət onlara hər ay müəyyən miqdarda pul verməlidir.

Ölkə.Az” xəbər verir ki, bunu deputat Araz Əlizadə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.

Onun sözlərinə görə, dünyanın çox ölkəsində üçuşaqlı ailələr çoxuşaqlı ailələr hesab edilir.

“Azərbaycanda da bu praktika tətbiq edilməli və həmin ailələrə pul verilməlidir. Çünki  bu gün hara gedirsən səni tanıdılar yaxandan yapışırlar. Onlar uşaqpulunun verilməsini tələb edirlər. Ona görə də mən uçuşaqlı ailələrə uşaq pulu verilməsini təklif edirəm. Onlar Vətən üçün övlad, əsgər böyüdür. Sabah dövlət deyəcək ki, övladını hərbi xidmətə, müharibəyə göndər. Bax ona görə də uşaq pulu verilməlidir. Digər bir məqam isə analar küçələrdə meyvə satıb övladını dolandırmağı düşünməməlidir. Ananın işi övlad tərbiyə etmək olmalıdır”, - deyə deputat bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR