Dərc edildi: Baxış sayı: 626
Aztəminatlı ailələrə birdəfəlik ödənişlər verilə bilər - RƏSMİ
“2018-2019-ci illərdə imzalanan sərəncamlara əsasən, ünvanlı sosial yardım alan ailələrə birdəfəlik bayram ödənişləri edilirdi. Amma ötən il ünvanlı dövlət sosial yardımı alan ailələrin sayında kifayət qədər artım oldu. Ünvanlı sosial yardımın əhatə dairəsi genişləndirildiyi və daha çox insanı əhatə etdiyi üçün onlara əlavə dəstək verilməsi təxirə salınmışdı”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov bildirib.
Onun sözlərinə görə, ola bilsin ki, bu il yardım alan ailələrə 50 və ya 100 manat məbləğində birdəfəlik ödənişlər yenidən verildi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət