Slimfit
  1. İQTİSADİYYAT

"Aztelekom” daha bir neçə rayonda LTE şəbəkəsi quracaq

"Aztelekom” daha bir neçə rayonda LTE şəbəkəsi quracaq
Sakura

"Aztelekom” daha bir neçə rayonda LTE şəbəkəsi quracaq

 Gələn il üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Aztelekom” MMC daha bir neçə rayonda LTE (Long-Term Evolution - Uzunmüddətli İnkişaf) şəbəkənin tətbiqini planlaşdırır. 

Bu barədə “Report”a açıqlamasında şirkətin şöbə müdiri Emin Quliyevməlumat verib. 

Onun sözlərinə görə, hazırda həmin rayonlar dəqiqləşdirilir. 

"Bu həm tələbatdan, həm də relyefdən asılıdır. Elə yerlər var ki, orada daha çox iş görmək lazımdır, ola bilsin biz gələn il üçün yox, növbəti il üçün həmin regionları seçdik. Bilirsiniz ki, ötən il Xaçmazın kəndlərindən birini biz LTE xidmətlərinə qoşmuşduq. Hazırda bu kəndin sakinləri 4-cü nəsil internetdən istifadə edirlər”, - E.Quliyev qeyd edib. 

“Aztelekom” rəsmisi təmsil etdiyi qurumun “Bakutel-2018” – 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində iştirakı barədə danışıb: "Hər il olduğu kimi bu il də ənənəvi sərgiyə qoşulmuşuq və yeni konsepsiya ilə iştirak edirik. Sərgidə "Aztelekom"un stendi 3 zonaya ayrılıb. Bunlar ev, ofis və bağlardır. Şirkət evlərdə telefon, internet IPTV xidmətləri, ofislərdə yüksək sürətli internetlə yanaşı IP telefon və SIP-telefoniya xidmətləri, parklarda pulsuz Wi-Fi xidməti, regionlarda isə LTE xidməti göstərir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR