Dərc edildi: Baxış sayı: 475
“Azərsu”dan susuz qalan 2 rayonla bağlı - Açıqlama
Paytaxtın Binəqədi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsi günün ikinci yarısında bərpa olunacaq.
Bu sözləri Axar.az-a açıqlamasında Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı sakinlərin narazılığına cavab olaraq deyib.
O, hazırda ərazidə Bakı Su Kanal İdarəsinin əməkdaşları tərəfindən iş aparıldığını bildirib.
Qeyd edək ki, magistral su kəmərində (Ə.Rəcəbli küçəsində) baş vermiş qəzaya görə martın 31-dən etibarən paytaxtın Binəqədi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilə yaranıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət