Dərc edildi: Baxış sayı: 499
“Azərsu”dan Nəsimi rayonunda çirkab suların küçəyə axıdılması ilə bağlı açıqlama
Nəsimi rayonunda xüsusi qurğularla çirkab sular sorularaq Cavadxan 29 ünvanında yerləşən binanın qarşısına axıdılması ilə bağlı “Azərsu” ASC açıqlama verib.
Qurumdan Oxu.Az-a verilən məlumata görə, sözügedən ərazidə su borusu partlamayıb: “Kanalizsiya sistemində tutulma baş vermişdi. Mövcud vəziyyəti aradan qaldırmaq üçün kanalizasiya suyu bir tərəfə yönləndirilməli idi.
Bu, bilərəkdən atılan addım deyil. Artıq xətlər təmizlənib. Ərazidəki problem də tam aradan qaldırılıb”.
Qeyd edək ki, səhər saatlarında sözügedən ərazidə görülən işlər yerli sakinlərin narazılığına xəbəb olmuşdu.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət