Dərc edildi: Baxış sayı: 473
“Azərsu”dan korrupsiyada təqsirləndirilən şəxsin rəis təyin olunmasına rəsmi cavab
Yeni təyin olunan rəis Maarif Məmmədov haqqında şəhər prokurorluğunda araşdırma aparıldığı məsələsi yalandır. Bunu Yeniavaz.com - a açıqlamsında "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı Mingəçevir Sukanal İdarəsinə yeni rəis təyin olunan Maarif Məmmədov haqqında mətbuatda dərc olunan iddialara münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, əvvəlki rəisin rüşvətxorluğa görə işdən azad olunması məsələsi də şaiyədən ibarətdir: "Bu, tam yanlış informasiyadır. Mustafa Kərimov öz ərizəsi ilə işdən azad edilib. Yeni təyin olunan rəis Maarif Məmmədov haqqında Şəhər Prokurorluğunda araşdırma aparıldığı məsələsi də yalandır. Əgər istəsəniz Mingəçevir Şəhər Prokurorluğundan bu haqda məlumat ala bilərsiniz".
Məsələ ilə bağlı Mingəçevir Şəhər Prokurorluğunun rəhbərliyi ilə əlaqə yaratmağa çalışsaq da, müxtəlif bəhanələrlə cavab verməkdən yayındılar.
Qeyd edək ki, mətbuatda Mingəçevir Sukanal İdarəsinə yeni rəis təyin olunan M. Məmmədovla bağlı bir ildən artıqdır Mingəçevir Şəhər Prokurorluğunda araşdırma aparılması haqqında məlumatlar yayılıb. Məlumatda bildirilir ki, o, bir neçə il bundan əvvəl Mingəçevirdə Sukanal İdarəsində rəis müavini işləyərkən bir neçə obyektdən, daha dəqiq “Zərif” şadlıq evinin Nəriman adlı sahibindən rüşvət aldığı üçün barəsində keçən il cinayət işi açılıb.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət