Dərc edildi: Baxış sayı: 835
“Azərsu” partlayan su borusunu “skoç”la bağladı
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) avtomobil yolundan keçən su borusuna təmiri sosial mediada müzakirələrə səbəb olub.
Bizimyol.info xəbər verir ki, “Azərsu” ASC Gəncə şəhəri Mirzə Abbas Abbaszadə küçəsi 25 ünvanında partlayan su borusunu qeyri-adi formada təmir edib. Belə ki, “Azərsu”nun əməkdaşları partlayan su borusunu yapışqanlı lentlə bağlayıblar.
Hadisənin şahidi görülən təmir işinin videogörüntüsünü çəkərək sosial şəbəkədə paylaşıb. Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinə informasiya sorğusu göndərilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət