Slimfit
  1. İQTİSADİYYAT

“Azərsu”: Kanalizasiya quyularının qapaqlarının və yağış barmaqlıqlarının oğurlanması halları müşahidə olunur

“Azərsu”: Kanalizasiya quyularının qapaqlarının və yağış barmaqlıqlarının oğurlanması halları müşahidə olunur
Sakura

“Azərsu”: Kanalizasiya quyularının qapaqlarının və yağış barmaqlıqlarının oğurlanması halları müşahidə…

“Azərsu” ASC-nin balansında olan kanalizasiya quyularının qapaqlarının və yağış barmaqlıqlarının oğurlanması halları hələ də müşahidə olunur.

"Report" xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, belə hallara daha çox Bakı şəhəri və ətraf qəsəbələrdə rast gəlinir: “Araşdırmalar göstərir ki, kanalizasiya qapaqları və barmaqlıqlar ayrı-ayrı şəxslər tərəfindən oğurlanaraq metal qəbulu məntəqələrinə təhvil verilir. Bəzi insanların asan yolla qazanc əldə etmək üçün törətdiyi bu əməllər “Azərsu”nu əlavə xərclərlə üzləşdirməklə yanaşı, kanalizasiya infrastrukturlarının istismarını çətinləşdirir. Kanalizasiya quyularının açıq qalması xüsusilə gecə saatlarında sürücülər və piyadalar üçün ciddi təhlükə yaradır”.

Kanalizasiya qapaqları və yağış barmaqlıqlarının oğurlanması hallarının araşdırılması və qarşısının alınması məqsədilə “Azərsu”yun yerli sukanal idarələri hüquq-mühafizə orqanlarına və digər aidiyyəti təşkilatlara müraciətlər edib.

"Metal qəbulu ilə məşğul olan sahibkarlara tövsiyə edirik ki, kanalizasiya qapaqlarını və yağış barmaqlıqlarını qəbul etməsinlər", - qurum bəyan edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR