Slimfit
  1. AZƏRBAYCAN

“Azərsu” ASC-nin rəhbərliyi vətəndaşları qəbul edəcək

“Azərsu” ASC-nin rəhbərliyi vətəndaşları qəbul edəcək
Sakura

“Azərsu” ASC-nin rəhbərliyi vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov iyunun 14-də Quba şəhərində Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edəcək.

ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iyunun 17-də qurumun sədrinin birinci müavini Teyyub Cabbarov Xaçmaz şəhərində sakinlərlə görüşəcək. İyunun 18-də isə Şabran şəhərində keçiriləcək qəbulda "Azərsu" ASC sədrinin müavini Etibar Məmmədov Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbullar Quba, Xaçmaz və Şabran rayon sukanal sahələrinin inzibati binalarında keçiriləcək. Qəbullarda sakinlərin içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbul üçün Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili 1050) nömrəsi ilə "Azərsu" ASC-yə və [email protected] elektron poçtu vasitəsilə müraciət edə bilərlər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR