Dərc edildi: Baxış sayı: 407
Azərlə Ayazın klubları heç-heçəyə razılaşdı
Futbol üzrə Rusiya Premyer Liqasında 8-ci turun oyunları keçirilir.
Sportlife.az xəbər verir ki, hesabat turunda azərbaycanlı futbolçular – Azər Əliyevlə Ayaz Quliyevin komandaları üz-üzə gəlib.
Belə ki, Ayazın formasını geyindiyi “Rostov” evdə Azərli “Ufa”nı qəbul edib. Bu görüşdə hesab açılmayıb - 0:0.
Ayaz bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb. Azər isə matçın 90-cı dəqiqəsində meydana buraxılıb.
8 turdan sonra “Rostov” 15 xalla 2-ci, “Ufa” 5 xalla 15-cidi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət