Slimfit
  1. İQTİSADİYYAT

“Azərkosmos”un kreditor borcu illik 24% artıb

“Azərkosmos”un kreditor borcu illik 24% artıb
Sakura

“Azərkosmos”un kreditor borcu illik 24% artıb

“Azərkosmos” ASC-nin kreditor borcları illik 23,8% artaraq 2018-ci il yanvarın 1-nə 877 827 450 manata yüksəlib.  

“Report” bu barədə “Azərkosmos” ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələri üzrə hesabata istinadən xəbər verir.

“Azərkosmos” ASC-nin debitor borcları 1 yanvar 2016-cı il tarixinə 169 338 790,0 manat, 1 yanvar 2017-ci il tarixinə 173 037 530,0 manat, 1 yanvar 2018-ci il tarixinə 150 717 190,0 manat təşkil etdiyi halda, müvafiq dövrlər üzrə kreditor borcları 498 819 260,0 manata, 708 837 040,0 manata və 877 827 450,0 manata bərabər olub.

Hesabatada deyilir ki, Cəmiyyət tərəfindən 2018-ci il ərzində 86 067 450,0 ABŞ dolları və 12 902 410,0 avro, 2019-cu il ərzində 38 950 910,0 ABŞ dolları və 14 282 610,0 avro, 2020-ci il ərzində 33 951 000,0 ABŞ dolları və 16 724 420,0 avro, 2021-ci il ərzində 30 036 390,0 ABŞ dolları və 16 724 420,0 avro və 2022-ci il ərzində 35 586 390,0 ABŞ dolları və 16 724 420,0 avro məbləğlərində kreditlərin əsas məbləğlərinin qaytarılması nəzərdə tutulub.

“Azerspace-1” telekommunikasiya peykinin istismara verildiyi dövrdən 1 yanvar 2018-ci il tarixinədək əldə olunmuş 68 648 118,21 ABŞ dolları gəlirlər və 86 083 130,0 ABŞ dolları debitor borclar nəzərə alınmaqla, eləcə də bu dövrdən peykin istismar dövrünün sonuna kimi tutumunun 1 yanvar 2018-ci il tarixə olan satış həcminə uyğun hazırki orta satış qiyməti əsasında 106 286 400,0 ABŞ dolları vəsaitin daxil olacağını proqnozlaşdırsaq, “Azerspace-1” peyki üzrə, ümumilikdə, 261 017 648,21 ABŞ dolları vəsaitin əldə olunacağını qeyd etmək olar.

“Azerspace-1” peykinin 1 meqahers tutumuna çəkilən xərcin 1 415,58 ABŞ dolları olduğunu nəzərə alsaq, peyk üzrə bütövlükdə 326 056 735,92 ABŞ dolları xərcin çəkildiyi halda, peykin tutumunun satışı üzrə istismar dövrü ərzində cəmi 261 017 648,21 ABŞ dolları vəsaitin əldə olunacağı gözlənilir. “Azersky” aşağı orbitli müşahidə peyki üzrə çəkilən cəmi xərclər 176 512 470,16 avro məbləğində olduğu halda, cəmi gəlirlər 93 498 473,22 avroya bərabər olur. Belə vəziyyət “Azərkosmos” ASC-nin maliyyə təsərrüfat fəaliyyətinə mənfi təsir göstərən əsas faktorlardan biri olub. Digər tərəfdən, “Azersky” peykinin daxili və xarici bazarlarda satış həcminin artırılması üçün “Azərkosmos” ASC tərəfindən əlavə tədbirlərin görülməsinə ciddi ehtiyac var.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR