Slimfit
  1. CƏMİYYƏT

“Azəristiliktəchizat” və “Azəriqaz” arasındakı borc probleminə rəsmi - Münasibət

“Azəristiliktəchizat” və “Azəriqaz” arasındakı borc probleminə rəsmi - Münasibət
Sakura

“Azəristiliktəchizat” və “Azəriqaz” arasındakı borc probleminə rəsmi - Münasibət

 

“Azəristiliktəchizat” ASC tərəfindən istifadə edilən qazın dəyərinin ödənilməməsi məsələsi ilə bağlı danışıqlar aparılır.

Oxu.Az xəbər verir ki, bu barədə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri Samir Axundov məlumat verib. 

O bildirib ki, “Azəristiliktəchizat” ASC ilə “Azəriqaz” İB arasında ilk belə problem deyil:

“Belə problemlər daha əvvəl də yaşanıb. Hətta mövcud problemlə əlaqədar olaraq əhaliyə istiliyin verilməsi məsələsi də bir gün gecikib. Sərf edilən qazın dəyərinin ödənilməməsi məsələsini təhlil etmişik və bu istiqamətdə müvafiq təkliflər hazırlamışıq.

Təbii ki, təhlillər aparıldıqdan sonra mövcud olan borcların hansı səbəblərdən qalması dəqiqləşdiriləcək. Yalnız bundan sonra Nazirlər Kabinetinə verilən təkliflərə baxılacaq.

Paralel olaraq istilik təchizatı sahəsində bir sıra islahatların aparılmasına da ehtiyac var. Bu istiqamətdə Nazirlər Kabinetinə tapşırıq verilib. Yaxın zamanlar həm bu məsələlərlə bağlı, həm də bu sahənin daha da təkmilləşdirilməsi, effektivləşdirilməsi, eləcə də, subsidiyalarla bağlı hazırlanan təkliflər ölkə başçısına təqdim olunacaq”.

Könül Cəfərli

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR